Aİ-nin 800 milyard avroluq yenidən silahlanma planı müzakirə edilir


Avropa Komissiyasının sədri Ursula fon der Leyen birliyi yenidən silahlandırmaq üçün 800 milyard avroluq planını təqdim edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, fon der Leyen bununla bağlı 27 Aİ ölkəsinin liderlərinə məktub göndərib. "Aİ-nin yenidən silahlanma planı təhlükəsiz və möhkəm Avropa üçün təxminən 800 milyard avro müdafiə xərclərini səfərbər edə bilər" - deyə o öz məktubunda qeyd edib.

Xanım Leyenin sözlərinə görə, plan beş bənddən ibarətdir. Beləliklə, fon der Leyen silah istehsalı üçün 650 milyard avro toplamaq üçün Aİ ölkələrinə cari müdafiə xərclərini 1,5% artırmağı təklif edir. Bundan əlavə, Avropa Komissiyası Aİ-də hava hücumundan müdafiə sistemləri və Ukrayna üçün silah istehsalı üçün 150 milyard avro kredit cəlb etmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu