Baş "zibilyığanın zibilləri" Çexiyada üzə çıxdı - FAKTLAR VƏ SƏNƏDLƏR




"Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbalanın Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi. Daha dəqiq desək, Bakı Şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoruydu. Hamı şikayətlənirdi ki, məhləni zibil basıb, niyə daşımırlar. Onun daşıdığı "zibillər" Çexiyada ortaya çıxıb..."



AFN xəbər verir ki, belə bir məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. Onun sözlərinə görə, Verdiyevin barəsində o qədər də geniş məlumat yoxdur. Amma bir qayda olaraq cənab Verdiyev seçkilərdə YAP-ın namizədlərinin səlahiyyətli nümayəndəsi kimi çıxış edib. İndi də Bakı şəhər İcra Hakimiyyətində çalışdığı bildirilir: "Xırda məmur olsa da, 2010-cu ildə Çexiyada 1987-ci il təvəllüdlü oğlu Anar Verdiyevin adına şirkət açıb. Yanlış düşünməyin, Praqanın zibillərini daşımır, şirkət mülklərin, mənzillərin kirayəsi və ticarət sahəsi ilə məşğuldur. 2010-cu ildə Praqada qeydiyyatdan keçmiş HAS & VER SRO (Həsənov və Verdiyev soyadlarından götürülüb) şirkətinin sənədlərinə görə Anar Verdiyev Ramiz Verdiyevlə eyni ünvanda, Bakının Şamil Əzizbəyov 120 ünvanında qeydiyyatdadır. Şəriki isə Əhməd Həsənov adlı şəxsdir. Şirkəti 2018-ci ildən Verdiyevlərin ailə üzvü Günay Verdiyeva idarə edir. Ramiz Verdiyevin digər şirkəti isə Bakıdadır. "Şirin Dad" MMC Verdiyev Ramiz Qulam oğlunun adına qeydiyyatdan keçirilib.
Bu barədə ona görə yazdım ki, real mənzərəni təsəvvür edin".









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu