Ərdoğanla Zelenski arasında görüş başlayıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodımır Zelenskini arasında görüş başlayıb.


"Report"un xəbərinə görə, tərəflər Türkiyə Prezidentinin İstanbuldakı Huber iqamətgahında bir araya gəliblər.

Görüşdə regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparılır.

Qeyd edək ki, hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu