İran rəsmiləri ABŞ zərbələrinin gözləniləndən zəif olduğunu deyiblər?


ABŞ kəşfiyyat agentlikləri İran rəsmiləri arasında keçirilən telefon danışığının məzmununu təhlil edib və orada ABŞ-ın İslam Respublikasındakı nüvə obyektlərinə endirdiyi zərbələrin gözlənildiyi qədər güclü və dağıdıcı olmadığı qeyd olunub.



AFN.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.



Məlumata görə, yüksək vəzifəli iranlı rəsmilər bu ay İranın nüvə proqramının komponentlərinə vurulan zərbələri müzakirə edərkən, hücumun gözlənilən qədər dağıdıcı olmadığını qeyd ediblər. Nəşr vurğulayır ki, İran rəsmiləri ABŞ prezidenti Donald Trampın əmr etdiyi zərbələrin niyə irimiqyaslı və gözlənilən kimi olmadığını müzakirə ediblər.



Ağ Evin mətbuat katibi Kerolayn Levitt isə bu məlumatı "kontekstdən çıxarılmış sızma" kimi qiymətləndirib. O bildirib: "Tamamilə cəfəngiyyatdır – adları açıqlanmayan iranlı rəsmilərin dağıntıların altındakı onlarla metr dərinlikdə nə baş verdiyini bildiyini düşünmək absurddur. Onların nüvə proqramı bitdi".



Məqalədə həmçinin ABŞ rəsmisinin belə bir şərhi yer alıb: "Adı açıqlanmayan iranlıların bir söhbəti, müxtəlif mənbələrdən fərqli üsullarla əldə olunmuş məlumatların bütöv şəkildə təhlil olunduğu kəşfiyyat qiymətləndirməsi ilə eyni deyil".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu