İran İsrailin gizli nüvə obyektlərinə zərbə endirməyə hazır olduğunu bildirib


İran kəşfiyyat orqanlarının əldə etdiyi məxfi məlumatlar, ölkəyə İsrailin potensial hücumu zamanı onun gizli nüvə obyektlərinə cavab zərbəsi endirməyə imkan verir.



AFN.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatda qeyd olunur.



"İran tərəfindən həyata keçirilmiş kəşfiyyat və operativ tədbirlər nəticəsində toplanmış məlumatlar İran döyüş qüvvələrinə imkan verir ki, İsrailin nüvə infrastrukturlarımıza mümkün hücumu zamanı, İsrailin gizli nüvə obyektlərinə proporsional cavab zərbəsi endirilsin", – deyə IRIB telekanalının yayımladığı bəyanatda vurğulanır.



Bundan əvvəl “Tasnim” agentliyi İranın xüsusi xidmət orqanlarının İsrailin nüvə proqramına dair məxfi sənədlərin arxivini ələ keçirdiyini bildirmişdi. İranın kəşfiyyat naziri İsmail Xətib isə qeyd edib ki, Tehran bu sənədləri yaxın vaxtlarda ictimaiyyətə açıqlayacaq.



"Bu arxiv İslam Respublikasının hücum imkanlarını genişləndirəcək strateji bir xəzinədir", – deyə nazir bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu