Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi gətirilir - YENİLƏNİB+FOTOLAR


Yekaterinburqda iyunun 27-də vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb.



Azərbaycanın Yekaterinburqdadakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan almasını həyata keçirir.



Hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri gedir.



***

“Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğundan verilən son məlumata görə, bu gün Bakı vaxtı ilə 17:30-da qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə yola düşəcək və 20:00 radələrində Bakıya çatacaq. Bir dəyişiklik olmasa, bu vaxta gözlənilir”.



AFN.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib.



Bildirilib ki, cənazələr “Ural Hava Yolları” ilə Azərbaycana gətiriləcək.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu