Hindistandakı təyyarə qəzası ilə bağlı istintaqda təxribat ehtimalı da araşdırılır


Hindistanda 12 iyun tarixində "Air India" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan istintaqda təxribat da daxil olmaqla bütün ehtimalların nəzərdən keçirildiyi bildirilib.

Hindistanın NDTV kanalının xəbərinə görə, Hindistanın Mülki Aviasiya naziri Murlidhar Mohol verdiyi açıqlamada təyyarənin qara qutusunun təhlilinin davam etdiyini bildirib.

Mohol qara qutunun ölkə xaricinə göndərilməyəcəyini və araşdırmanın Hindistanda tamamlanacağını vurğulayıb.

Nazir qeyd edib ki, qəzanın səbəbləri ilə bağlı istintaq çərçivəsində təxribat ehtimalı da daxil olmaqla bütün ssenarilər qiymətləndirilir.

Mohol əlavə edib ki, istintaq hesabatı hazır olduqda qəzanın yanacaq problemi və ya hər iki mühərrikin nasazlığı ilə əlaqədar olub-olmadığı dəqiqləşəcək.

Nazir həmçinin “Dreamliner” model digər təyyarələrin də yoxlanıldığını və onların təhlükəsiz olduğunun müəyyən edildiyini açıqlayıb.

Qeyd edək ki, 12 iyun tarixində Hindistanın Ahmedabad şəhərində yerləşən Sardar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından Böyük Britaniyanın London Gatwick Hava Limanına uçan "Air India 171" sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Meghani Nagar yaşayış məntəqəsində qəzaya uğramışdı.

Hadisə nəticəsində 260 nəfər həyatını itirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu