Hindistan BMT-nin "Boeing" qəzasının istintaqında iştirakını rədd etdi


Hindistan hakimiyyəti iyunun 12-də Əhmədabadda 275 nəfərin ölümü ilə nəticələnən “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzası ilə bağlı araşdırmada BMT nümayəndəsinə rəsmi müşahidəçi statusu verilməsi xahişini rədd edib.



AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, Hindistanın istintaq orqanlarıMülki Aviasiya Nazirliyi tərəfindən aparılan araşdırma zamanı qara qutuların təhlilinin ləngiməsi ilə bağlı xarici ekspertlərin tənqidi fonunda BMT-nin iştirakı imtina ilə qarşılanıb.



Məlumata görə, hindistanlı müstəntiqlər qəzanın baş verdiyi iki həftə sonra qara qutulardan məlumatları yükləyiblər. Halbuki beynəlxalq qaydalara əsasən, bu tədbirlər dəqiq və dərhal həyata keçirilməlidir ki, əldə edilən məlumatlar gələcəkdə hava qəzalarının qarşısını almağa yardım etsin.



BMT nümayəndələri daha əvvəl dünyanın bir sıra böyük aviasiya qəzalarının təhqiqatında kömək göstəriblər, lakin bu, yalnız hadisə ölkələrinin dəvəti ilə baş tutub. Bu dəfə isə BMT ilk dəfədir ki, öz təşəbbüsüilə təklif irəli sürüb.



Qeyd edək ki, iyunun 26-da Hindistanın Hava Qəzalarının Təhqiqat Bürosu (AAIB) açıqlayıb ki, qəzaya uğramış “Boeing 787-8” təyyarəsinin hər iki registratorundan məlumat bərpa olunub. Hazırda bu məlumatların təhlili aparılır və qəza ardıcıllığının yenidən qurulmasıməqsədi güdülür.



Xatırladaq ki, iyunun 12-də “Air India” aviaşirkətinin Londona uçan “Boeing 787-8 Dreamliner”təyyarəsi havaya qalxdıqdan sonra Əhmədabad şəhəriyaxınlığında yaşayış məntəqəsinə çırpılıbQəza nəticəsində 275 nəfər– 241 sərnişin və heyət üzvü, 34 yerli sakin – həlak olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu