ABŞ "Boeing"ə qarşı sanksiyalar tətbiq etdi


ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) “Boeing 737 MAX 9” təyyarəsinin gövdəsinin bir parçasının düşdüyü insidentlə bağlı ictimaiyyətə açıqlanmayan məlumatı mediaya təqdim edərək, Şuranın araşdırma qaydalarını pozduğu üçün "Boeing"ə qarşı sanksiyalar tətbiq edib.



NTSB-nin verdiyi açıqlamada, şirkətin ictimaiyyətə açıqlanmayan araşdırma məlumatlarını mətbuata yayaraq və hadisə ilə bağlı spekulyasiyalar edərək, "NTSB-nin təhqiqat qaydalarını və NTSB ilə tərəf razılaşmasını açıq şəkildə pozduğu" bildirilib.

Açıqlamada bu pozuntunun “Boeing” kommersiya təyyarəsinin keyfiyyət üzrə baş vitse-prezidenti Elizabet Lundun mətbuat konfransı zamanı verdiyi məlumatdan sonra baş verdiyi və şirkətə qarşı bir sıra məhdudiyyət və sanksiyaların tətbiq edildiyi bildirilib.

Açıqlamada "Boeing"ə tətbiq edilən sanksiyalar çərçivəsində araşdırma ilə bağlı dərc edilməmiş məlumatları görməsinin qadağan edildiyi və şirkətin istintaqdakı rolunu davam etdirəcəyi bildirilib.

Bildirilib ki, avqustun 6-7-də Vaşinqtonda keçirilməsi planlaşdırılan istintaq dinləmələrində iştirak üçün şirkətə çağırış vərəqəsinin göndərildiyi qeyd edilib və şirkət nümayəndələrinin məhkəmədə digər iştirakçılara sual vermək hüququnun olmadığı vurğulanıb.

"Boeing" rəsmiləri "FOX Business News"a verdiyi açıqlamada, "Qəzaya görə məsuliyyətimizi və NTSB-nin istintaq məlumatlarının mənbəyi rolunu izah edərkən verdiyimiz bəzi məlumatlara əhəmiyyət vermədiyimiz üçün çox təəssüflənirik" deyə bildirib.

Şirkətin NTSB-dən üzr istədiyi açıqlamada "Boeing"in araşdırma ilə bağlı istənilən sualı cavablandırmağa hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Lund həftənin əvvəlində keçirdiyi mətbuat konfransında təyyarənin gövdəsinin təchizatçıdan qeyri-standart göndərildiyi barədə məlumat paylaşıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu