ABŞ "Boeing 737 MAX 9" tipli təyyarələrin uçuşlarını müvəqqəti dayandırıb - VİDEO


ABŞ Federal Aviasiya Administrasiyası sərnişin təyyarəsinin havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən təcili eniş etməsindən sonra bəzi "Boeing 737 MAX 9" tipli təyyarələrin uçuşlarının müvəqqəti dayandırılmasına qərar verib.


Qurumdan verilən açıqlamada, ABŞ hava yolları tərəfindən və ya ABŞ sərhədləri daxilində istifadə edilən bəzi "Boeing 737 MAX 9" tipli təyyarələrin müvəqqəti olaraq uçuşdan çıxarılması əmrinin verildiyi bildirilib.

Açıqlamada qısa müddət ərzində dərc olunacaq "Təcili Uçuşa Yararlılıq Direktivi"nə görə yoxlanılmamış təyyarələrin gələcək uçuşlardan əvvəl yoxlanılmasını tələb edəcəyi və lazımi yoxlamaların təxminən 4-8 saat çəkəcəyi bildirilib.

Açıqlamada bu qərarın dünya üzrə təxminən 171 təyyarəni əhatə edəcəyi qeyd edilib.

ABŞ-da Alyaska Hava Yollarına məxsus "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən yanvarın 5-də axşam saatlarında məcburi eniş edib.

Oreqondan Kaliforniyaya gedən və havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş edən təyyarənin gövdə parçasının qopduğu hissədə sərnişinlərin olmadığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu