Həmkarlar ittifaqından "Boeing"in təklifinə sərt reaksiya


ABŞ-da yerləşən qlobal aviasiya şirkəti "Boeing"in növbəti dörd il ərzində tətil edən işçilərinə 30 faiz artım təklifi Beynəlxalq Maşinistlər və Aviasiya İşçiləri Assosiasiyasının (IAM) rəsmiləri tərəfindən sərt reaksiya ilə qarşılanıb.



IAM rəsmiləri X sosial media platformasında "Boeing"in 4 il müddətinə 30 faiz artım, performans bonusu və pensiya təminatının yaxşılaşdırılması təklifi ilə bağlı açıqlama verib.

Yazıda təklifin rəhbərlərlə müzakirə edilmədən birbaşa işçilərə və mediaya təqdim edildiyi, danışıq prosesinin həyata keçirilmədiyi iddia edilib.

“Bu taktika üzvlərimizə və danışıqlar prosesinə açıq-aşkar hörmətsizlikdir”, - bəyanatda deyilir.

"Boeing"in məsələ ilə bağlı bəyanatında təklifin sentyabrın 27-də səsverməyə çıxarılacağı bildirilsə də, IAM rəsmiləri işçilərlə görüşmək üçün kifayət qədər vaxt olmadığını və bu səbəbdən səsvermənin keçirilməyəcəyini qeyd ediblər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu