Bakıda təcridxanada saxlanılan şəxs qəfil vəfat etdi


Bakıda istintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb.



AFN.az xəbər verir ki, hadisə dünən saat 18 radələrində Penitensiar Xidmətin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.



Təcridxanada saxlanılan Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.



İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.



Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu