Gürcüstanda koronavirusa 2 796 yeni yoluxma qeydə alınıb


Gürcüstanda ötən sutkada daha 2 796 nəfərə koronavirus diaqnozu qoyulub, 17 nəfər vəfat edib.


Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son 24 saat ərzində daha 2 088 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 413 626 yoluxma halı təsdiqlənib. Yoluxanların 379 685-i sağalıb, 5 768-i dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu