Gürcüstanda COVID-19-a 1 618 yeni yoluxma qeydə alınıb, 26 nəfər ölüb


Gürcüstanda ötən sutkada koronavirusa 1 618 yeni yoluxma halı təsdiqlənib, 403 nəfər sağalıb, 26 pasiyent isə vəfat edib.


“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 243 255 nəfərdə aşkarlanıb ki, onların 227 611-i sağalıb, 2 846-sı isə dünyasını dəyişib.

Aktiv koronavirus xəstələrinin sayı 12 772 nəfər təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu