İsrail müdafiə naziri: Yəməni Tehranın taleyi gözləyir

İsrailin müdafiə naziri İsrael Katz Yəməni husilərə görə təhdid edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, husilərin İsrailə raket atmasından sonra cavab tədbirləri görüləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Yəmənin taleyi Tehranın taleyi ilə eyni olacaq. Biz Tehranda ilanın başını əzdikdən sonra Yəməndə husilərə də hücum edəcəyik", - deyə nazir bildirib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən raket atıldığını, lakin onun havada zərərsizləşdirildiyini bildirilib.