İsrail İranda hökumət obyektlərinə zərbələri artıracaq


İsrailin müdafiə naziri İsrael Katz İrandakı hökumət obyektlərinə zərbələrin artırılması barədə göstəriş verib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.



"Baş nazir və mən İsrail Müdafiə Qüvvələrinə İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq və ayətullahlar rejiminin sabitliyini pozmaq üçün İrandakı strateji hədəflərə və Tehrandakı hökumət obyektlərinə hücumları gücləndirməyi tapşırdıq" - deyə Katz bildirib.



Nazir İranın ali dini lideri Əli Xamneyini İsraildəki xəstəxanaları və yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edib. O, əlavə edib ki, Ayətullah günahlarına görə cavab verəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu