İsrail Qəzzadan girovları azad edənə qədər dayanmayacaq - Katz

İsrail HƏMAS-a qarşı əməliyyatını radikalların saxladığı bütün girovların azad edilməsinə nail olana qədər davam etdirəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin müdafiə naziri İsrael Katz açıqlama verib.
O, X-də yazıb: "Girovlarımız azad edilənə və HƏMAS artıq Qəzza zolağına nəzarət etməyənə, İsrail və israillilər üçün heç bir təhlükə yaratmayana qədər dayanmayacağıq".
Katz qeyd edib ki, İsrail HƏMAS-la ilə mübarizə aparır və HƏMAS-ı məğlub edəcək, lakin Qəzzada mülki şəxslərlə döyüşmür və mülki şəxslərə zərəri minimuma endirmək üçün beynəlxalq hüququn tələb etdiyi hər şeyi edir: “Ancaq HƏMAS mülki geyimdə, mülki binalardan və mülki şəxslərin arxasından döyüşəndə mülki əhalini təhlükə qarşısında qoyur və onlar dəhşətli bədəl ödəyirlər. Buna görə də biz qəzzalıları döyüş bölgələrini boşaltmağa çağırırıq”, - deyə nazir əlavə edib.