İsrail ordusu Yəməndən atılan raketi zərərsizləşdirdi

İsrail ordusu bu dəfə Yəməndən yeni raket atışı aşkarlayıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bir raket buraxılıb və hava hücumundan müdafiə sistemləri təhlükəni zərərsizləşdirmək üçün çalışır.
Daha sonra ordunun mətbuat xidməti İsrail Hərbi Hava Qüvvələrinin Yəməndən atılan raketi ələ keçirdiyini bildirib. İsrailin bir sıra bölgələrində hava hücumu sirenləri səslənib.
Mətbuat xidməti qeyd edib ki, hava reyd sirenləri protokola uyğun olaraq işə salınıb.