Şagirdlərin olduğu servis avtomobili alov aldı: Ölən və yaralananlar var

Pakistanın Pəncab əyalətində qız şagirdləri daşıyan servis avtomobilində elektrik naqillərində yaranan nasazlıq nəticəsində yanğın baş verib. Hadisə zamanı 1 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.
Yanğın qəflətən avtomobilin elektrik sistemində yaranan qısaqapanma səbəbindən başlayıb və nəqliyyat vasitəsi tamamilə alovlara bürünüb. Yanğın zamanı şagirdlərin olduğu servis avtomobilində 1 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polis əməkdaşı İmran Əhmədin verdiyi məlumata görə, yanğın baş verən zaman servis avtomobilində imtahandan qayıdan 18 şagird olub. O həmçinin bildirib ki, hadisə yerindən qaçan sürücünün axtarışları hazırda davam edir.