İranda xəstəxananın yanması nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb


İranın Gilan əyalətində xəstəxanada yanğın baş verib. Yanğın nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.



İranın şimalındakı Gilan əyalətinin Reşt şəhərində "Gaem" adlı özəl xəstəxanada yerli vaxtla saat 01.15 radələrində yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və yardım qrupu göndərilərkən, uzun səylərdən sonra yanğın söndürülüb.

Gilan Tibb Elmləri Universitetinin prezidenti Məhəmməd Tağı Aşubi yanğınla bağlı açıqlamasında deyib: “Yanğın zamanı 250 çarpayılıq xəstəxanada 142 xəstə, reanimasiya şöbəsində isə 33 xəstə müalicə olunurdu. Təəssüf ki, yanğın nəticəsində 9 xəstə həyatını itirib, 15 nəfər isə xəsarət alıb".

118 xəstənin ətraf xəstəxanalara köçürüldüyünü deyən Aşubi, köçürüldükləri xəstəxanalarda xəstələrin müalicəsinin heç bir gecikmə olmadan davam etdiyini bildirib.

Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu