İranda xəstəxanada yanğın olub


İranın paytaxtı Tehranda xəstəxanada yanğın baş verib. Xəstələr təxliyə edilərkən yanğınsöndürənlər yanğına müdaxilə etməyə davam edir.


İranın paytaxtı Tehranda Qandi adına xəstəxanada naməlum səbəbdən yanğın baş verib.

Tehran yanğınsöndürmə briqadasının sözçüsü Cəlal Maleki verdiyi açıqlamada, xəbərdarlığın ardından yanğınsöndürmə qruplarının hadisə yerinə göndərildiyini və şəhərin şərqində yerləşən Qandi xəstəxanasında yerli vaxtla saat 19:00 radələrində yanğın baş verdiyini açıqlayıb.

Hazırda yanğınsöndürənlər yanğını söndürmək üçün işlərini davam etdirirlər. Hadisənin təfərrüatları yanğınsöndürmə işləri başa çatdıqdan sonra açıqlanacaq.

Qandi Xəstəxanasının direktoru yanğınla bağlı verdiyi açıqlamada, yanğın nəticəsində dəyən ziyanla bağlı hələlik heç bir məlumatın olmadığını, yalnız yanğının xəstəxananın şərq tərəfindən başladığını bildirib.

Hazırda xəstəxanada təxliyə işlrinin davam etdiyini və lazım gələrsə xəstələrin başqa xəstəxanalara köçürüləcəyi açıqlanıb.

Tehran Polis İdarəsindən verilən açıqlamada yanğından sonra xəstəxanaya gedən bir çox yolun nəqliyyata bağlandığı, camaatın xəstəxana ətrafına toplaşmaması ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.

Yanğın zamanı ölən və ya yaralanan olub-olmadığı barədə hələlik açıqlama verilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu