İtaliyada xəstəxana yanğını: 3 nəfər yaşlı adam həlak olub


Roma yaxınlığındakı Tivoli şəhərində xəstəxanada baş verən yanğında 3 yaşlı adam ölüb.


İtaliyanın "Ansa" xəbər agentliyinin verdiyi məlumata görə, dördüncü cəsəd San Giovanni Evangelista xəstəxanasının meyitxanasında tapılıb. Lakin xəstənin gecə yanğın başlamazdan əvvəl öldüyü güman edilir.

Yanğınsöndürənlər hamilə qadın və bir neçə uşaq da daxil olmaqla 200-ə yaxın insanı xəstəxanadan çıxarmaq üçün nərdivanlardan istifadə ediblər.

Təxliyə edilənlər müalicə olunmaq üçün Romanın digər bölgələrindəki xəstəxanalara aparılıb. Media xəbər verir ki, ölənlərin - iki kişi və iki qadının yaşı 76-86 arasındadır.

Yanğınsöndürmə briqadası bildirib ki, yanğın söndürülüb və onun səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu