ABŞ-ın zərbələri İranın nüvə obyektlərinə ciddi ziyan vurdu - Əraqçi


İranın nüvə obyektlərinə ABŞ-ın zərbələri nəticəsində ciddi ziyan dəyib.



AFN.az "CBS News"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.



O, telekanala müsahibəsində deyib: "Heç kim Fordoda nə baş verdiyini dəqiq bilmir. Hazırda obyektlərə ciddi və böyük ziyan dəydiyini bilirik. İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə və təhlillər aparır və bununla bağlı hökumətə hesabat təqdim olunacaq".



Diplomatın sözlərinə görə, zərərin miqyası ilə bağlı dəqiq məlumat yoxdur. "Biz nüvə obyektlərinin yenidən işə salınmasının mümkün olub-olmaması və onların yenidən işə salınacağı, yaxud bağlanacağı ilə bağlı qiymətləndirmələri gözləməliyik", - deyə o qeyd edib.



Əraqçi bildirib ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xameneinin fətvasına, dini göstərişə əsasən, nüvə silahının İran İslam Respublikasının müdafiə doktrinasında yeri yoxdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu