Gürcüstanda daha 479 nəfərdə koronavirus aşkarlanıb, 19 pasiyent ölüb


Gürcüstanda ötən sutkada daha 479 nəfərin yeni növ koronavirus infeksiyası ilə bağlı testi müsbət nəticələnib, 491 nəfər müalicə olunaraq sağalıb, 19 pasiyent isə vəfat edib.


“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 258 111 nəfər yoluxub. Onların 249 028-i sağalıb, 3 178-i isə ölüb.

Aktiv koronavirus xəstələrinin sayı 5 879 nəfər təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu