Kseniya Sobçak: Bu, işgəncələrə bəraət qazandıra bilməz


Rusiyalı jurnalist Kseniya Sobçak təhlükəsizlik qüvvələrinin Yekaterinburqda keçirdiyi reydi və iki azərbaycanlının öldürülməsi nəticəsində ölkələr arasında gərginləşən münasibətləri şərh edib.



AFN.az AZƏRTAC-a istinadən xəbər verir ki, o bu barədə teleqram kanalında yazıb.



Sobçak Azərbaycan mediasında mərhumların meyitlərinin ekspertizası zamanı demək olar ki, bədənlərində salamat yer qalmayan görüntülərə diqqət çəkib. O, eyni zamanda xatırladıb ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Səfərov qardaşlarından birinin ölümünün səbəbi kimi rəsmən ürək çatışmazlığını göstərir.



Sobçak vurğulayıb ki, şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir:



“Bu, işgəncələrə bəraət qazandıra bilməz. Onların hansı millətdən olmasının, hansı vətəndaşlığa sahib olmasının və ya nədə təqsirləndirilməsinin fərqi yoxdur”.



Jurnalistin sözlərinə görə, ayrı-ayrı hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala səbəb olub: “Sonra da təəccüblənəcəyik ki, niyə bizi orda sevmirlər, niyə bizi saxlayırlar… Ona görə ki, kimlərsə özlərinin cəzasız qalacağına bərk inandırıb”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu