"Sputnik Azərbaycan" işi: saxlananlar barəsində 4 aylıq həbs


“Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçilib.



AFN.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 4 ay müddətinə həbs olunub.



Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqcinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu