"Sputnik Azərbaycan" işində 7 nəfər saxlanılıb

“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) DİN-in keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.
AFN.az xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.