Gürcüstanda COVID-19-a 469 yeni yoluxma qeydə alınıb
![](https://static.report.az/photo/45312b1f-4dad-3be5-b33f-396c1734e3c7_850.jpg)
Gürcüstanda son sutkada daha 469 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 792 nəfər sağalıb, 14 pasiyent isə vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 249 934 yoluxma faktı təsdiqlənib. Yoluxanların 236 922-si sağalıb, 2 987-si isə ölüb.
Aktiv koronavirus xəstələrinin sayı 9 999 nəfər təşkil edir.