Gürcüstanda “Omicron”a yoluxanların sayı 144-ə çatdı


Gürcüstanda koronavirusun “Omicron” ştamına yoluxanların sayı kəskin artıb. Yanvarın 2-nə olan məlumata əsasən, ölkədə “Omicron”a yoluxanların sayı 144-ə çatıb. Onların 51-i son sutkada yoluxub.


"Qafqazinfo" xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qeyd edək ki, Gürcüstanda koronavirusun mutasiyaya uğramış yeni - “Omicron” ştammına ilk yoluxma halı dekabrın 20-də qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu