Hindistanda silahlı hücumlar: 4 ölü, 20 yaralı


Hindistanın Manipur əyalətində silahlı hücumlar nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.


Bununla bağlı Manipur polisi X hesabında açıqlama verib.

Açıqlamaya görə, vilayətin Thubal bölgəsində silahlı şəxslərin hücumu nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Tengnoupal bölgəsində silahlı qrupların təhlükəsizlik qüvvələrinə qarşı hücumu nəticəsində 6 təhlükəsizlik işçisi yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu