Yaponiyada qatara bıçaqlı hücum nəticəsində 4 nəfər yaralanıb


Yaponiyanın paytaxtı Tokioda qatara bıçaqlı hücum nəticəsində 4 nəfər yaralanıb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.



Tokio Böyükşəhər Polis İdarəsindən verilən açıqlamada, yerli vaxtla saat 23:00 radələrində Yamanote Qatar Xətti ilə hərəkət edən qatarın Akihabara Stansiyasına gəldiyi zaman naməlum şəxsin ətrafdakı insanlara bıçaqla hücum etdiyi bildirilib.

Hücum edən şəxs polis tərəfindən saxlanılarkən, yaralılar xəstəxanaya göndərilib. Hücumla bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu