İranda qəzaya uğrayan təlim təyyarəsindən 2 nəfərin meyiti tapılıb


İranın Əlborz əyalətinin Savocbolaq rayonunda qəzaya uğrayan təlim təyyarəsində iki nəfərin həlak olduğu bildirilib.



İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Əlborz vilayətinin Savocbolaq rayonunun Sefidrak bölgəsində dünən dağa çırpılan təlim təyyarəsinin şəxsi heyətinin axtarışları nəticəsində iki nəfərin cəsədi tapılıb.

Bildirilib ki, qəzaya uğrayan təyyarədə təlimatçı pilot və tələbəsi həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu