Hollandiyada Vilders baş nazir postundan imtina edib


Hollandiyada İslam əleyhdarı və ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Vilders baş nazir postundan imtina etdiyini açıqlayıb.


X sosial media hesabında yazdığı yazıda Vilders daha az sığınacaq və immiqrasiya istədiyini bildirib. "Əsas prioritet hollandiyalılar olmalıdır" - deyə o qeyd edib. Vilders bildirib ki, yalnız koalisiyadakı bütün partiyaların onu dəstəkləməsi şərti ilə baş nazir ola bilər.

Vilders sağ mərkəzçi və ifrat sağçı partiyaların koalisiya qurmasına mane olmamaq üçün baş nazirlikdən imtina etdiyini iddia edib.

"Mən Hollandiyanın baş naziri olacağam və bu, daha çox hollandiyalının dəstəyi ilə olacaq. Sabah olmasa, o biri gün. Çünki milyonlarla hollandiyalının səsi eşidiləcək" - deyə Vilders növbəti seçkilərdə yenidən namizəd olacağı mesajını verib.

Vildersin qərarından sonra ölkənin yeni baş nazirinin kim ola biləcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu