Ölü tapılan "Boeing"in keçmiş əməkdaşının son sözləri rezonans doğurdu


Bu yaxınlarda məhkəmədə "Boeing" şirkəti ilə bağlı ifadə verən və qaldığı otelin avtodayanacağında ölü tapılan "Boeing"in keçmiş əməkdaşı Con Barnettə aid olan “Əgər başıma bir iş gələrsə, bu intihar deyil" son sözləri açıqlanıb.



2019-cu ildə "Boeing"dən təqaüdə çıxan və sonradan şirkətin bilərəkdən keyfiyyətsiz hissələri istehsal etdiyini, lazımi nəzarətlərin aparılmadığını, şirkət daxilində problemlərin olduğunu üzə çıxaran keçmiş işçi Barnettin sözləri bütün dünyada rezonans doğurdu.

Bu barədə "ABC News"a müsahibə verən və özünü Barney Barnettin ailə dostu olduğunu bildirən bir şəxs deyib.

“Qorxmuram, bildiklərimi söyləyəcəyəm” deyən Barnett 9 mart şənbə günü vəfat edib və səlahiyyətlilər Barnettin “intihar etdiyini” bildiriblər.

Adının açıqlanmasını istəməyən ailə dostu ABC News-a intiharla bağlı danışıb:

"Mən bilirəm ki, o, intihar etməyib, belə bir şey ola bilməz. O, həyatı çox sevirdi, ailəsini çox sevirdi, bacı-qardaşlarını çox sevirdi. Məncə kimsə onun dediklərini bəyənmədi və onu susdurmaq istədi. Ona görə də onun ölümünü intihara bənzədiblər!"

Xatırladaq ki, Barnett 2019-cu ildə "The New York Times"a verdiyi müsahibədə Boeing təyyarələrinin istehsal olunduğu fabrikə istinad edərək, "Mən hələ Çarlstondan çıxan, təhlükəsiz və uçuşa yararlı olan bir təyyarə görməmişəm" ifadələrini işlətmişdi.

Barnett öləndə Boeing ilə məhkəmə çəkişməsində idi. Onun vəkilləri Robert Turkevitz və Brian Noules Barnettin öz həyatına qəsd edəcəyinə dair heç bir işarənin olmadığını söyləyiblər.

Qeyd edək ki, Barnettin vəfatı elan edildikdən sonra “Boeing” “Cənab Barnettin vəfatından kədərlənirik və onun ailəsinə və yaxınlarına başsağlığı veririk” bəyanatı ilə çıxış edib.

Mənbə: Ajans Bizim



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45