Putin tələbə vaxtı aldığı təqaüdündən danışıb


Universitetdə oxuduğu illərdə Rusiya prezidenti Vladimir Putin 40 sovet rublu məbləğində təqaüd alırdı.



TASS xəbər verir ki, o, bunu son seçkilərdə Rusiya Federasiyasının prezidentliyinə namizədlərlə görüşü zamanı deyib.

Kommunist Partiyasının namizədi Nikolay Xaritonov dövlət başçısına bildirib ki, seçki kampaniyası zamanı Uzaq Şərqdəki rusiyalı tələbələrlə ünsiyyətdə olub. Görüş zamanı qızlardan biri təqaüdünün 1700 rubl olmasından şikayətlənib. “Mən oxuyanda 33 rubl 50 qəpik idi, idman üçün də kupon alırdım. Əlavə olaraq uşaqlara kömək edib, onları yedizdirib”, – deyə siyasətçi tələbəyə cavab verib.

Putin qeyd edib ki, tələbə kimi o, artırılmış təqaüd alıb - 40 rubl. "İndiki pulla müqayisədə bu, kifayət deyil" deyə Xaritonov bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu