Fransa Rusiyanı terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməyə çağırıb


Fransa Rusiyanı terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməyə dəvət edib.


AFN.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Yelisey sarayının X sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat nümayəndələri ilə görüşü zamanı deyib.

"Biz bütün səviyyələrdə, həm texniki, həm də nazirlik səviyyəsində əlaqə saxlayırıq ki, əlimizdə olan və Rusiya tərəfi üçün faydalı ola biləcək məlumatlar əsasında əməkdaşlıq təklif edə bilək", - Fransa lideri bildirib.

Onun sözlərinə görə, əvvəlcə bu səviyyədə mübadilə aparılacaq, lakin gələcək əməkdaşlıq vəziyyətin inkişafından asılı olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu