Fransada PKK tərəfdarlarının hava limanını dağıtması nəticəsində 3 nəfər yaralanıb


Fransada terror təşkilatı PKK tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq üçün Şarl de Qoll hava limanında zabitlərə hücum etməsi nəticəsində 3 nəfər yaralanıb.



Fransanın paytaxtı Parisin Şarl de Qoll hava limanında terror təşkilatı PKK tərəfdarları xaosa səbəb olub.

Terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiya edilməsinin qarşısını almaq üçün hava limanına gələn təxminən 50 nəfərlik qrup hava limanının işçilərinə hücum edib.

Hadisələrdə 1-i qadın olmaqla 3 nəfər yaralanarkən, hava limanına da maddi ziyan dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu