Nigeriyada 3 uşaq naməlum xəstəlik səbəbindən dünyasını dəyişib


Nigeriyanın Sokoto əyalətində diaqnoz qoyulmayan xəstəlik səbəbindən 3 uşaq dünyasını dəyişib, 127 uşaq isə xəstəxanaya yerləşdirilib.



Nigeriyanın Sokoto əyalətinin qubernator müavini İdris Qobir verdiyi açıqlamada əyalətdə indiyədək 3 uşağın diaqnozu qoyulmamış xəstəlik səbəbilə həyatını itirdiyini bildirib.

Qobir bildirib ki, 127 uşaq naməlum xəstəlikdən müalicə olunması üçün xəstəxanaya yerləşdirilib.

Xəstəliyin səbəbini araşdırmaq üçün ekspert qrupu göndərdiyini qeyd edən Qobir, xəstəliyin yayılmasının qarşısını almaq üçün federal hökumətdən kömək istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu