Pakistanda motosiklet partladı - 2 nəfər öldü, 5 nəfər yaralandı


Pakistanın Bəlucistan əyalətində partlayıcı yerləşdirilmiş motosikletin partlaması nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.



Hadisə ilə bağlı polis rəsmisi Muhammed Arif Zarkon açıqlama verib.

Zarkon partlayıcı yerləşdirilimiş motosikletin partlaması nəticəsində 2 nəfərin öldüyünü, 5 nəfərin isə yaralandığını bildirib.

Hadisənin Bəlucistanın Kuzdar şəhərində baş verdiyini bildirən Zarkon, yaralananlar arasında bir qadın və iki polis əməkdaşının olduğunu bildirib.

Yerli mətbuatda partlayışın terror aktı olduğu bildirilib.

İslamabadda yerləşən Tədqiqat və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (CRSS) aprelin 1-də dərc etdiyi hesabata görə, 2024-cü ilin birinci rübündə ölkə daxilində ən çox terror hadisəsi baş verən əyalətlər Bəlucistan və Xayber Paxtunxva olub.

Hesabata görə, bu ilin birinci rübündə Hayber Paxtunxva və Bəlucistanda törədilən 200 terror aktında 281 mülki şəxs və təhlükəsizlik işçisi həyatını itirib. Pakistan təhlükəsizlik qüvvələrinin keçirdiyi 48 antiterror əməliyyatında 151 yaraqlı zərərsizləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu