Notr-Dam kilsəsinin bərpasının bu il başa çatdırılması nəzərdə tutulur


Fransanın paytaxtı Parisdə 2019-cu il aprelin 15-də baş verən yanğın nəticəsində zərər görən şəhərin tarixi simvollarından biri olan Notr-Dam kilsəsində bərpa işlərinin bu il başa çatdırılması hədəflənir.



2019-cu ildə yanğından əvvəl hər il təxminən 14 milyon turistin ziyarət etdiyi kilsənin bərpa işləri 5 ildir ki, davam edir.

Əsası 1163-cü ildə qoyulan və başa çatması 3 əsr davam edən kilsənin yanğından sonra başlanan bərpasının bu ilin sonunda başa çatdırılması planlaşdırılır.

Fransanın ən çox ziyarət edilən tarixi binalarından biri olan Notr-Dam kilsəsinin dekabrın 8-də qapılarını ziyarətçilərin üzünə açması gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu