İran İsraillə əlaqəsi olduğu iddia edilən 2 pakistanlını azad etdi


İran aprelin 13-də Fars körfəzində İsraillə əlaqədə olduqları iddiasıyla ələ keçirdiyi yük gəmisindən iki Pakistan vətəndaşını azad edib.



Geo News televiziyasının diplomatik mənbələrə əsaslanaraq verdiyi məlumata görə, gəmidə olan pakistanlıların ailələri ölkələrinin Xarici İşlər Nazirliyindən qohumlarının xilas edilməsini istəyiblər.

Pakistan Xarici İşlər Nazirliyinin səyləri nəticəsində İran ələ keçirdiyi gəmidə iki Pakistan vətəndaşını azad edib.

Tesnim Xəbər Agentliyinin məlumatına görə, aprelin 13-də İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələri Fars körfəzində İsraillə əlaqəli olduğunu iddia etdiyi yük gəmisini ələ keçirib.

“MSC Aries” adlı Portuqaliya bayraqlı gəminin İngiltərənin paytaxtı Londonda yerləşən “Zodiac Maritime” şirkətinin sahibi israilli iş adamı Eyal Ofelə məxsus olduğu iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu