Avstriyada nasist təbliğatını yayan şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib


Avstriyanın Tirol əyalətində bir nəfər nasist təbliğatı apardığı üçün 9 il müddətinə azadlıqdan məhrum edilib.



İnsbruk Rayon Məhkəməsi verdiyi açıqlamada 38 yaşlı Manuel E. adlı musiqiçinin neo-nasist musiqi qrupunun qurucusu olduğunu, Avropada bir çox irqçi və nasist görüşlərinə qatıldığını, uşağının vəftiz mərasimində svastika ilə şamdan istifadə etdiyi bildirilib. Mərasimdə Nasist təbliğatını ehtiva edən qadağan olunmuş kitabların təsbit edildiyi qeyd edilib.

Məhkəmə Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsi tərəfindən çox təhlükəli olaraq təsnif edilən avstriyalının nasist təbliğatı apardığını müəyyən edərək, nasist dünyagörüşünü qadağan edən qanuna uyğun olaraq Manuel E-nin 9 il həbs cəzasına məhkum edilməsinə qərar verib.

Manuel E-nin bütün Avropada neonasist təşkilatları arasında tanınan bir ad olduğu və onun nasist təbliğatı apardığına görə dəfələrlə həbs cəzasına məhkum edilmiş, tanınmış neo-nasist Gottfried Küssel ilə də əlaqə saxladığı məlumdur.

Prokurorluğun və məhkəmənin ittihamlarını rədd edən Manuel E nasist dünyagörüşünün dirçəldilməsini qadağan edən qanunu çox yaxşı bildiyini və ona zidd hərəkət etmədiyini iddia etsə də, məhkəmənin qərarı dəyişməz qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu