Avropa Ədalət Məhkəməsindən "Pablo Escobar" ticarət markası qərarı


Avropa İttifaqının (Aİ) Ümumi Məhkəməsi dünyaca məşhur Kolumbiyalı narkotik alverçisi Pablo Eskobarın adının ticarət nişanı kimi qeydiyyata alına bilməyəcəyinə dair qərar verib.



Mərkəzi ofisi Lüksemburqda yerləşən və Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Baş Məhkəmə Kolumbiya cinayət təşkilatının lideri Pablo Eskobarın adının ticarət nişanı kimi qeydiyyata alınması ilə bağlı açılan iş üzrə qərarını açıqlayıb.

Məhkəmə ictimaiyyətin Pablo Escobar adını narkotik ticarəti və narkotik terrorizmi ilə əlaqələndirməsi və buna görə də sözügedən adın Aİ-də ticarət nişanı kimi qeydiyyata alına bilməyəcəyinə qərar verib.

Puerto Rikoda qurulan "Escobar Inc" müxtəlif məhsul və xidmətlərdə Pablo Escobar adının istifadəsi üçün 2021-ci ildə Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə (EUIPO) müraciət edib.

EUIPO sözügedən markanın qeydiyyatı üçün müraciəti ictimai qaydaya və əxlaq prinsiplərinə zidd olduğunu əsaslandıraraq rədd edib.

"Escobar Inc" bu qərara qarşı hüquqi proses başladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu