Türkiyəyə son bir gündə Suriyadan 8 raket düşüb, 18 nəfər yaralanıb
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Kilis valisi bildirib.
Məlumata görə, Rusiya istehsalı olan "Katyuşa" raket-kompleksindən atılan raketlər Kilis şəhərinin Əkrəm Çətin məhəlləsinə düşərək partlayıb. Əraziyə polis, təcili tibbi yardım və xilasedicilər cəlb edilib.
Qeyd edək ki, aprelin 11-də axşam saatlarında Kilisə 5 raket düşməsi nəticəsində üçü ağır olmaqla 12 nəfər yaralanıb.