Ərdoğan Yıldırıma yeni hökuməti qurmağı tapşırdı
Ərdoğan yeni, sayca 65-ci hökuməti qurmağı Binali Yıldırıma tapşırıb.
Qeyd edək ki, bu gün AKP-nin II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.