Türkiyə Afrin əməliyyatında ilk şəhidini verdi
Türkiyə ordusu üç gündür başlayan "Zeytun budağı" əməliyyatı çərçivəsində ilk şəhidini verib.
Türkiyə KİV-nin məlumatına görə, əsgər Türkiyə ilə sərhəd rayonu olan Kilis vilayətinin Gülbala kəndində baş vermiş atışma zamanı həlak olub.