ABŞ Dövlət Departamenti Ermənistanı işğalçı adlandırdı

Xəbərin çap versiyası
Tarix: 15-03-2019, 21:25    |    Xəbər oxunub: 577 dəfə
ABŞ Dövlət Departamenti Ermənistanı işğalçı adlandırdı


ABŞ Dövlət Departamentinin Ermənistanla bağlı yeni hesabatında bildirilir ki, “separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun ərazisinin böyük bir hissəsinə nəzarət etməkdə davam ediblər”.


AzərTAC xəbər verir ki, Ermənistanı açıq-aşkar işğalçılıqda və separatçılığı dəstəkləməkdə ittiham edən bu hesabatı şərh edən Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib ki, ABŞ Dövlət Departamentinin son hesabatında yeni heç nə yoxdur və bu təsbit hər il təkrar olunur.

Ən ziddiyyətlisi ondan ibarətdir ki, rəsmi İrəvanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda yeni format təklif etməsi fonunda XİN nümayəndəsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi “hazırkı format çərçivəsində” problemin dinc yolla həllinə səy göstərdiyini əlavə edib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin də Ermənistanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin qəbuledilməz olduğunu bəyan etdikləri bir şəraitdə A.Naqdalyan ikiüzlü şəkildə qeyd edib ki, İrəvan “öz öhdəliklərini yerinə yetirir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
DİN sürücülərə xəbərdarlıq etdi

DİN sürücülərə xəbərdarlıq etdi

Zamiqlə Röyanın

Zamiqlə Röyanın EHTİRASLI RƏQSİ — VİDEO

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

19 iyun 1920-triumviratın ölümü -

19 iyun 1920-triumviratın ölümü - Fətəli Xan Xoyskinin qətli

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi:

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb -

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb - VİDEO

Nikah və boşanmaların statistikası açıqlanıb

Nikah və boşanmaların statistikası açıqlanıb

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib -

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib - VİDEO

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

Yusif Mustafayev efirdə söyüş söydü -

Yusif Mustafayev efirdə söyüş söydü - VİDEO

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Mələk Siyaranın əziz xatirəsinə -

Mələk Siyaranın əziz xatirəsinə - Fəxrəddin Nağıyev yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur