BMT əməkdaşı koronavirusdan öldü


 BMT əməkdaşı koronavirusdan öldü


BMT-nin Əfqanıstandakı əməkdaşı koronavirusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı BMT-nin Əfqanıstandakı nümayəndəliyi yayıb.

Bildirilib ki, təşkilatın əməkdaşları hazırda təcrid edilib.

Əfqanıstan Səhiyyə Nazirliyi bildirib ki, ölkə üzrə 273 yoluxma faktı qeydə alınıb.

Bir müddət əvvəl Dünya Bankı Əfqanıstanda koronavirusa qarşı mübarizəyə 100,4 milyon ABŞ dolları maliyyə vəsaiti ayırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu