ABŞ-da koronavirusdan ölənlərin sayı 55 minə, yoluxma 1 milyona yaxınlaşır


ABŞ-da koronavirusdan ölənlərin sayı 55 minə, yoluxma 1 milyona yaxınlaşır


ABŞ-da son sutkada koronavirusdan 1 126 pasiyent ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı aprelin 27-də Cons Hopkins Universiteti yayıb.

Bildirilib ki, son sutkada koronavirusa 27 631 yoluxma hadisəsi qeydə alınıb.

Universitetin məlumatına əsasən, ümumilikdə yoluxanların sayı 965 933-ə, qurbanların sayı isə 54 877-yə çatıb.

Qeyd edək ki, dünyada koronavirusdan 894 464 nəfər sağalıb, 207 722 nəfər isə virusdan ölüb. İndiyədək 3 017 766 nəfərə COVID-19 diaqnozu qoyulub. Ən çox yoluxma halları ABŞ (965 933), İspaniya (226 629) və İtaliyada (197 675) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 110 130 nəfər yoluxub, 2 805 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı isə 90 481-dir. Son məlumata görə, bu ölkədə 5 710 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, aprelin 26-na olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 645-dir. İndiyədək ölkəmizdə 21 nəfər virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu