Lukaşenko: "Koronavirusa qalib gəlmişik"




Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Səhiyyə Nazirliyinin koronavirusa qalib gəldiyini açıqlayıb.

“Report” xəbər verir ki, məlumatı BelTA yayıb.

“Bizim səhiyyə sistemimiz qalib gəldi. Bu gün demək olar ki, qalib gəlsək də, biz mübarizənin dərəcəsini azaltmırıq”, - A.Lukaşenko bildirib.

Qeyd edək ki, Belarusda 62 min nəfər koronavirusa yoluxub, 398 nəfər isə pandemiyadan ölüb.

Xatırladaq ki, cari il avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu